YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adlarını müxalifət qoymuş ünsürlər....

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bu gün Azərbaycan iqtidarı və Azərbaycan xalqı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycanın qalib Ordusu düşmənin genişmiqyaslı təxribatına layiqli cavab verir. Azərbaycan xalqı yenidən birləşib, iqtidar-xalq birliyini nümayiş etdirir. Xalqımız həmişə Ali Baş Komandanın və qalib Ordunun yanında olduğunu göstərir. Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik və müstəqil dövlət quruculuğu prosesində böyük nailiyyətlər müşayiət olunur. Lakin  bu nailiyyətləri gözü götürməyən qüvvəllər var. Uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Şübhəsiz Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir,  onların yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir. Bütün cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, "beşinci kolon" əməllərindən əl çəkmək fikrində deyil. Azərbaycanda "beşinci kolon" funksiyasını Əli Kərimli, Arif Hacılı, Qubad İbadoğlu, Cəmil Həsənli, Sevinc Osmanqızı və.s kimilərin olduğu hamıya bəlli olan həqiqətdir. Bu ünsürlərin məqsədləri ölkəmizin demokratik nüfuzuna zərbə vurmaqdır. Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatı aparması onun daxili məsələsi olmaqla yanaşı, ərazi bütövlüyünü qoruması baxımından da, yalnız təqdir olunmalıdır. Biz başqa dövlətlərin ərazilərində silahlı münaqişə, qarşıdurma yaratmırıq və bunu hər kəs bilir, qəbul edir və dəstəkləyir. Lakin təəssüfedici məqam odur ki, Azərbaycanı daxildən parçalamaq istəyən, milli ruhu sarsıdaraq həmrəyliyimizə qarşı çıxan və xaricdən maliyyələşən qüvvələr ermənilər üçün baza məlumat funksiyasını həyata keçirirlər. Onlar xaricdə oturub xalqı sosial şəbəkə arxasından idarə etməyə çalışan fiqurlardır. Onlar kütlə üçün həssas olan mövzulardan yapışıb bunu öz maraqları çərçivəsində istədikləri formada idarə edirlər. Adlarını müxalifət qoymuş ünsürlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili-xarici siyasətində nöqsan tapa bilmədikləri üçün aldıqları qrantların qarşılığında böhtan atmaqla məşquldurlar.

Onlar satqındırlar!

Bu gün Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlar, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanlar xalq tərəfindən ciddi narazılıqla qarşılanır.