YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Torpağı qanları ilə Vətən edənlər

Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Salahov Elvin Sabir oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub. 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Elvin Salahov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.