YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP növbəti ağacəkmə kampaniyası keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının, Nərimanov rayon İcra Hakimiyyətinin və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib. Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində bu kampaniyanın keçirilməsnin ənənə halını aldığını qeyd edib. Bu ənənənin gələcəkdə də davam etdiriləcəyini deyən Əli Əhmədov bildirib ki, ağacəkmə kampaniyası Bakının ekologiyasının yaxşılaşdırılmasına böyük bir töhfədir. «Bu gün Bakının Nərimanov rayonunda böyük yaşıllıq zolağı salınmaqdadır. Biz bundan əvvəl də burada ağaclar əkmişik. Hesab edirəm ki, bu, YAP-ın fəallarının Bakı şəhərinin yaşıllıq zonalarının artırılmasına bir töhfəsidir. Bir neçə ildən sonra bu ağaclar böyüyərək ekologiyaya  öz töhfəsini verəcək»-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Qeyd edək ki, kampaniya çərçivəsində ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 350-dən artıq müxtəlif növ ağac əkilib.