Xəbərlər
Rumıniya Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni qanunsuz hesab edir
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/43120f275623f4aed7fb85b9312139f7.jpg&w=360)
Rumıniya mayın 3-də Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilən qondarma “parlament seçkiləri”ni qanunsuz hesab edir. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda vurğulanır ki, Rumıniya hər zaman olduğu kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımır. Rəsmi Buxarest ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və tərəfləri uzunmüddətli, razılaşdırılmış sülh sazişini imzalamağa çağırır.