YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəyanət bağışlanmır

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Azərbaycan bu gün heç zaman olmadığı kimi qüdrətli, regionda və dünyada söz sahibi olan güclü ölkədir. Sözsüz ki, Azərbaycanın gündən-günə artan qüdrəti, yüksələn beynəlxalq nüfuzu, uğurlu və müstəqil siyasəti anti-Azərbaycan dairələrinə heç də xoş deyil.

44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gələrək tarixi zəfər qazandı. Bu qələbəyə kölgə salmaq istəyən, bütün hərəkətləri ilə xalqa və vətənə xəyanət edən, düşmənlərimizin sifarişini yerinə yetirən antimilli ünsürlər isə əslində erməninin özündən daha təhlükəlidir.

Tarix xalqına və vətəninə xəyanət edənləri heç zaman bağışlamır.