YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ölməz, Vətən bölünməz!

Qazaxda dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan 1993-cü il təvəllüdlü baş leytenant Kazımov Yunis Qasım oğlu, 1993-cü il təvəllüdlü baş gizir Məmmədov Azər Mustafa oğlu və 1994-cü il təvəllüdlü gizir Kərimov Azad Zakir oğlu torpağa tapşırılıblar.

Vida mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.

Mərasim iştirakçıları şəhidləri “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək, son mənzilə yola salıblar.