YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın kədərini siyasi alver predmetinə çevirənlər...

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Azərbaycanın 44 gün ərzində əldə etdiyi Zəfəri həzm etməyən xarici qüvvələrin məyusluğunun və bu məyusluqdan doğan hiddətinin erməni sevgisindən irəli gəldiyinin fərqindəykən adını azərbaycanlı qoyub, düşmən mövqeyi sərgiləyən, qələbəmizi kölgələyən, antiazərbaycançı nankorlara nə ad qoyasan? Əslində elələri bu ritorik sualı xəyanətkar adlarıyla cavablandırıblar. Milli düşüncədən uzaq olan, özlərini rəzil duruma salan Əli Kərimlilər, Arif Hacılılar, Altay Göyüşovlar, Sevinc Osmanqızılar, Gültəkin Hacıbəylilər, Qənimət Zahidovlar, məgər bu vətənin çörəyi, suyu ilə böyüməmisinizmi? Nədən ermənilərə bu qədər sevgi bəsləyirsiniz? Bu haqda heç düşünmüsünüzmü? 1kv metr torpağımızı düşmən tapdağından azad edən liderin qarşısında diz çökərəm deyən millətin bütöv Qarabağı azad edən liderinə olan möhtəşəm sevgisindənmi əndişələnirsiniz? Yoxsa qurduğunuz xam xəyalların puç olduğuna görə nifrətə köklənən hisslərinizlə barışa bilmirsiniz? Suallar çox, cavabları isə gözləmək yersiz olar. Xain və satqın adamların milliyyəti olmur deyirlər. Millətin qəmini, kədərini, yasını siyasi alver predmetinə çevirən iblislər, bu xalqın lənətini qazanmaqla, tariximizə ən mundarlanmış isimlər kimi gömülürsünüz. Unutmayın ki, bunu sizə nə zaman, nə də övladlarınız bağışlayacaq.