YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin qanı yerdə qalmadı

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Həsənov Elnur Elman oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Abdullayev Nihad Adil oğlunun, Orucov Xudayyət Vilayət oğlunun, Əhmədov Mahmud Fərman oğlunun, İbrahimov Elçin Rövşən oğlunun, Babayev Mustafa Elman oğlunun, Mustafayev Ramiz Bağman oğlunun və Əliyev Tahir Çingiz oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Elnur Həsənovun ailə üzvlərinə baş çəkib, onların qayğıları ilə maraqlanıb, dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elnur Həsənov 2020-ci il noyabr ayının 8-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.