YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: İKT-nin inkişafında mobil rabitə sektorunun xüsusi rolu var

Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi son illər ardıcıllıqla inkişaf edir. Bu inkişafda mobil rabitə sektorunun xüsusi rolu var.

Bunu rabitə və yüksək texnologiyalar nazir Əli Abbasov ölkəmizdə səfərdə olan “TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyim. Nazirlikdən bildiriblər ki, nazir İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda mobil infrastrukturun modernləşdirilməsinin də əsas məsələlərdən olduğunu qeyd edib, bu baxımdan texniki məsələlər, eləcə də şirkətlə perspektiv əməkdaşlıq istiqamətlərindən söz açıb

Johan Dennelind qarşılıqlı, faydalı əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirib.

Görüşdə, həmçinin, “TeliaSonera” şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o cümlədən “Bakı 2015” I Avropa Oyunları zamanı oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsində şirkətin yaxından iştirak etdiyi qeyd olunub. Eyni zamanda şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə qaldırılması üçün göstərilən səy və perspektiv planlara toxunulub, LTE texnologiyalarının inkişaf etdirilməsi, müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi, “Bakı-2015” I Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin olunmasının vacibliyi vurğulanıb və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.