YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı videoçarx hazırlayıb

Bizlər doğma qardaşıq, “Bir millət, iki dövlət!”ik. Bakının düşmən işğalından azad olunduğunu qeyd etdiyimiz bu əlamətdar gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə qəti şəkildə qarşı çıxan Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamlayırıq.

Bu fikirlər Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə edilən paylaşımda bildirilib.

Əlamətdar gün münasibətilə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun qəhrəmanlıq nümunələrinin əks olunduğu videoçarx da hazırlanıb.