YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində ikinci iş sessiyası başa çatıb

Mayın 5-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən ikinci iş sessiyası başa çatıb.

Maliyyə naziri Samir Şərifov çıxış edərək bu cür görüşlərin təcrübə mübadiləsi aparmaq baxımından bir platforma olduğunu diqqətə çatdırıb. Bildirib ki, çox kritik bir dövrdə yaşadığımızdan belə görüşlər çox böyük əhəmiyyət kəsb edir. Çünki belə toplantılar beynəlxalq maliyyə institutu olaraq AİB-ə çağırışları, aktual problemlərin həlli siyəsətini müəyyənləşdirməyə imkan yaradır.

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao bu əlamətdar tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib. T.Nakao qeyd edib ki, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı vəziyyətin konstruktiv yolla dəyişdirilməsinə imkan yaradır. Bu diskussiyalar sayəsində AİB daha da sürətlə inkişaf edəcək. Əvvəlcə istərdim ki, bütün üzv ölkələr Nepalda baş verən hadisələrlə bağlı bu ölkəyə öz dəstəyini göstərsin, yardımlar etsin. Çıxışımın məqsədi odur ki, əsas diqqət yoxsulluğun azaldılmasına və inklüziv layihələrə yönəldilsin. Sakit okean regionunda çoxsaylı yoxsul insanlar yaşayır. Bizim əsas məqsədimiz yoxsulluq içində yaşayan 2 milyard 200 milyon insanın yoxsulluq dərəcəsinin azaldılmasıdır. Bilirik ki, bir çox ölkələrdə yoxsulluq səviyyəsi artıb. Bu fəaliyyətlər əhəmiyyətli, səmərəli iqtisadi siyasətlər əsasında həll olunmalıdır və eyni zamanda, artım keyfiyyəti və inklüzivlik haqqında məsələləri də qaldırmalıyıq. Eyni zamanda, kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması ilə bağlı işləri sürətləndirməliyik. Biz lazım olan sahələrdə infrastruktur boşluğunun doldurulmasını təmin etməliyik.

Sonda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 2016-cı ildə Almaniyanın Frankfurt şəhərində keçiriləcək 49-cu İllik Toplantısının sədrliyi Almaniyaya keçib. Həmçinin Təşkilat Komitəsinin sədri və üzvləri açıqlanıb.

Banqladeş və Timor-Lestedən olan nümayəndə heyətinin rəhbərləri Rəhbərlər Şurasının sədr müavinləri seçilib. Əfqanıstan, Avstraliya, Çin Xalq Respublikası, Almaniya, Yaponiya, Malayziya, Niderland, Pakistan, Portuqaliya, Tonqa, Amerika Birləşmiş Ştatları və Vanuatu isə Təşkilat Komitəsinin üzvləri seçiliblər.

Bununla da, Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində ikinci iş sessiyası başa çatıb.