YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cahid Bağçı: Bir neçə gün əvvəl Azərbaycan Ordusu düşmənə növbəti dəfə “Dəmir yumruğ”un gücünü göstərdi

Bu gün Bakının işğaldan azad edilməsinin 104-cü ildönümüdür, Azərbaycan və Türkiyə üçün çox vacib və tarixi gündür.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Bakının azad edilməsinin 104-cü ildönümü münasibətilə təşkil olunmuş tədbirdə söyləyib.

Səfir qeyd edib ki, 104 il əvvəl Nuru Paşanın gəlişi ilə Azərbaycan gəncləri, Azərbaycan Silahlı Qüvvələri birləşərək Bakını işğaldan azad ediblər.

İkinci Qarabağ müharibəsindən danışan Cahid Bağçı bildirib: “44 günlük Vətən müharibəsində iştirak edən azərbaycanlı gənclərin çoxu Qarabağı görməyiblər. Azərbaycan 30 illik işğalı 44 gündə sona çatdırdı. Bir neçə gün əvvəl də sərhəddə erməni təxribatı baş verdi. Azərbaycan Ordusu düşmənə növbəti dəfə “Dəmir yumruğ”un gücünü göstərdi.

Səfirlikdə təşkil olunan sərgiyə toxunan diplomat deyib ki, rəsm sərgisi Qafqaz İslam Ordusunun yaddaşlarda qalması baxımdan mühüm əhəmiyyətə malikdir.