YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TÜRKPA-nın Baş katibi: Türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir

Bu gün çox əhəmiyyətli bir tarixi qeyd edirik. Çünki sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını erməni-daşnak dəstələrindən azad edib.

Bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Bakının azad edilməsinin 104-cü ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

Müştərək tariximizin qürurlu hədislərlə zəngin olduğunu bildirən Baş katib deyib: “Türk dövlətləri dünyada böyük gücə sahibdirlər. Onlar bir-birinə dəstək verərsə, böyük güc formalaşdıra bilərlər. Hazırda türk dünyasının birliyi böyük əhəmiyyət kəsb edir”.

Mehmet Süreyya Er diqqətə çatdırıb ki, hazırda daha çox Türkiyə-Azərbaycan əməkdaşlığı gündəmdədir. İstərdik ki, digər türk dövlətləri də bu birliyə daxil olsun.