YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik zirvəsi

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində Vətən müharibəsi şəhidi Şirinov Orxan Elxan oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.

Rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. Vətən müharibəsində İmişli rayonu 48 şəhid verib. Döyüşlərdə qəhrəmanlığı ilə seçilən və torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər döyüşərək şəhadətə yüksələn qəhrəman oğullardan biri də Orxan Şirinov olub.

Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Orxan Şirinov Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.