YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə razılıq əldə olunmasına baxmayaraq...

Nüfuzlu “Əl Cəzirə” telekanalında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd rayonlarında törətdiyi təxribatlar və döyüşlər barədə reportaj yayımlanıb.

Reportajda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev telekanalın tamaşaçılarına Ermənistanın təxribatlarının səbəbləri, rəsmi Bakının sülh təşəbbüslərinə, regionun əməkdaşlıq və təhlükəsizlik məkanına çevrilməsi çağırışlarına rəğmən qarşı tərəfin yeni fitnələrə əl atması haqqında məlumat verib. O vurğulayıb ki, bu yaxınlarda Brüsseldə keçirilən görüşdə razılıq əldə olunmasına baxmayaraq, erməni tərəfi regional sülhün təmin edilməsində qeyri-konstruktiv mövqeyini davam etdirir, dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq miqyasda qəbul olunmuş sərhədlərin tanınmasına dair Azərbaycanın təkliflərini qəbul etmək istəmir, erməni rəsmiləri yenidən faktiki olaraq mövcud olmayan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlardan bəhs edirlər.

Reportajda vurğulanıb ki, Azərbaycan Ordusu təxribatlara çevik və layiqli cavab verir, ölkənin sərhədlərini qoruyur.