YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Kürdəmirdə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman oğullardan biri Murad Bayram oğlu Yunusovun doğum günündə xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının,  Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər,  din xadimləri, təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri rayonun Şahsevən kənd qəbiristanlığında şəhidin  məzarını  ziyarət edib, üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar. Eyni zamanda, Muradla eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də xatirələri anılıb.

Çıxış edənlər şəhid Murad Yunusovun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən  söz açıblar.

Daha sonra tədbir iştirakçıları şəhidin adına açılan ehsan süfrəsində iştirak edib, şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin  müvafiq sərəncamları   ilə  Murad  Yunusov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.