YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin görüşünün yekunlarına dair Protokol imzalanıb

Ankarada səfərdə olan Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Atatürkün məzarını dərin ehtiramla ziyarət edib, önünə əklil qoyub və “Şərəf kitabı”na ürək sözlərini yazıb.

Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçirilib.

Görüşdə hər üç ölkənin Silahlı qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb. Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaq.

Görüşün yekunlarına dair protokol imzalanıb.

 

DİGƏR Xəbərlər Arxiv