YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimad özünü doğruldub

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının “Statistika” ərazi partiya təşkilatında “İlham Əliyev - əbədi müstəqilliyimizin təminatçısı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə uğurla inkişaf edib. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən müddətdə xalqımızın böyük rəğbət bəslədiyi və etimad göstərdiyi Liderə çevrilib. İnam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilib.

Tədbirdə çıxış edən “Statistika” ərazi partiya təşkilatının sədri Novruz Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaradıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti bizə Qələbə sevincini yaşamağa imkan verdi.

DİGƏR Xəbərlər Arxiv