YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın iqtisadiyyat və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də İtaliyanın iqtisadiyyat və maliyyə naziri Pier Karlo Padoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakıda keçirilməsinin önəmi qeyd olundu, tədbirin yüksək səviyyədə təşkil olunduğu bildirildi, ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından toplantının rolu xüsusi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin tərəfdaşlıq səviyyəsinə qalxdığı və uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın siyasi, iqtisadi, mədəni, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.

DİGƏR Xəbərlər Arxiv