YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçiriləcək

Mayın 4-də Ankarada Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi, ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə üç ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcək.

Görüşün yekunlarına dair protokolun imzalanması planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv