YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binası tikiləcək

Prezident İlham Əliyev sentyabrın 7-də “Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.