YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Anar Məmmədov Goranboy rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri ilə birgə Borsunlu kəndində şəhid Əfqan Bəhman oğlu Həmzəyevin ailəsini ziyarət edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

Görüş zamanı ailə üzvləri şəhid Əfqan Həmzəyevlə bağlı xatirələrini bölüşüblər.

Görüş zamanı kənd sakinləri müəyyən problemli məsələlərin həlli ilə bağlı fikir və təkliflərini millət vəkilinə çatdırıb və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər. Millət vəkili əlaqədar qurumlara səsləndirilən problemlərlə bağlı məlumat verəcəyini, onların həllinə çalışacağını bildirib.