Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının rəsmi açılışında iştirak edib
Mayın 4-də Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə nitq söylədi.
Sonra Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao çıxış etdi.
Daha sonra Azərbaycanın qədim tarixi, əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi, son illərdə əldə etdiyi nailiyyətlər barədə təqdimat oldu.