YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhidlərin doğum günlərində xatirələri anılıb

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, rayon təşkilatının əməkdaşı Valeh Nəsirov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov, şəhid Cəmil Həşimlinin  anası Simuzər Bağıyeva, şəhid ailələri, ictimaiyyət nümayəndələri rayonun Qarasu kəndində şəhid Abışov Elnur Şaiq oğlunun, Şahsevən kəndində isə şəhid Məmmədov Əli Əvəz oğlunun  məzarlarını ziyarət ediblər.

Şəhid Elnur Abışovla eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub.

Sonra tədbir iştirakçıları şəhid Elnur Abışovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılış mərasimində iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidlərin şərəfli həyat yollarından və döyüşlərdə göstərdikləri igidliklərdən söhbət açıblar.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Əli Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə”, Elnur Abışov isə “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv