YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında 2021-2022-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş tələbələr və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları iştirak ediblər.

Rayon təşkilatının sədri Eldar Əsədov ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığı ilə rayonda bir çox ümumtəhsil məktəblərində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışıb.

Bildirilib ki, 2021-2022-ci tədris ilində Tərtər rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən məzunlardan 6 nəfəri 600-dən, 20 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Məzunlar respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda yüksək nəticə göstərən məzunlara hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv