YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel döyüşləri şəhidinin doğum günündə xatirəsi anılıb

Biləsuvar rayonunun Səmədabad kəndində Aprel döyüşləri şəhidi Novruzov Fərahim Nadir oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin nümayəndəsi Fəxrəddin Allahverdiyev və partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.

Ziyarətçilər Vətən müharibəsində düşmən üzərində qazanılan Qələbənin 2016-cı ilin Aprel döyüşlərindəki qalibiyyətimizin davamı olduğu, 44 günlük savaşda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin qisasının alındığını vurğulayıblar. Şəhid Fərahim Novruzovun atası Nadir Novruzov da Birinci Qarabağ müharibəsi veteranıdır.

Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid Fərahim Novruzov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.