YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhidin doğum günü qeyd olunub

Masallı rayonunun Banbaşı kəndində Vətən müharibəsi şəhidi Akifzadə Elmir Gündüz oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar, kənd sakinləri və partiya fəalları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv