YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə ordusu adını dünya tarixinə qızıl hərflərlə həkk edib

Bu gün qardaş Türkiyənin tarixində ən şərəfli və böyük əhəmiyyətə malik səhifələrdən biri olan Zəfər bayramı - Silahlı Qüvvələr Gününün 100-cü ildönümüdür. 100 il bundan əvvəl Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qazanılan parlaq qələbə dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Bu gün Türkiyə dünya miqyasında böyük gücə, nüfuza və qüdrətə malik lider dövlətlərdəndir.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, dünya tarixində Azərbaycan və Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir qardaşlıq nümunəsinə rast gəlinməmişdir. Dostluq və qardaşlıq rəmzinə çevrilən Azərbaycan-Türkiyə birliyi dünya ölkələrinə əsl nümunədir. Ölkələrimiz arasındakı əlaqələr hər bir sahə üzrə yüksələn xətlə daha da inkişaf edir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər üzərində qurulan Azərbaycan-Türkiyə əlaqələri ali səviyyəyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlib. İki qardaş ölkə arasındakı əlaqələrin inkişaf etməsi, müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, düşünülmüş, zərgər dəqiqliyi ilə hesablanmış, uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığı və birliyi hər iki ölkənin gücünə güc qatır, inkişafına təkan verir.

DİGƏR Xəbərlər Arxiv