YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda Şəhidlərin doğum günlərində xatirələri anılıb

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidləri Məmmədov Natiq Sahib oğlunun və Vətən Müharibəsi Qəhrəmanı, kapitan Babayev Nihad Akif oğlunun doğum günləri qeyd olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov, SHXÇDX-nın rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları Aşağı Cürəli kəndində şəhid Natiq Məmmədovun, Günəşli kəndində isə şəhid Nihad Babayevin ailələrini ziyarət ediblər.

Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun şücaətindən və qəhrəmanlığından, işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən bəhs edib, şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər.

Şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan bəhs olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olan şəhid Nihad Babayev Füzuli rayonu, gizir Natiq Məmmədov isə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən şəhid kapitan Nihat Babayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına, gizir Natiq Məmmədov isə  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medallarına layiq görülüb.