YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Selçuk Bayraktar: “TEKNOFEST Azərbaycan”da da ən az Türkiyədə olduğu qədər coşqu var idi

Hər kəsə məlum olduğu kimi, bu il “TEKNOFEST”i ilk dəfə Türkiyənin sərhədlərindən kənarda, can Azərbaycanda keçirdik. Orada da ən az burada olduğu qədər coşqu var idi. “TEKNOFEST”in əsas hədəfi bunun kimi işlərimizi cəmiyyətin hər fərdinə qəbul etdirməkdir. Gənclərimiz də bu işləri davam etdirərək ölkələrimizin müdafiə sahəsi üzrə tam müstəqilliyinə nail olmalıdırlar. Biz bir-bərabər olsaq və öz texnologiyalarımızı inkişaf etdirsək heç kim bizə yan gözlə baxa bilməz.

Bu fikirləri Türkiyədə “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar söyləyib.

Türkiyənin müdafiə sənayesi üzrə istehsal planına daxil olan, Döyüş Pilotsuz Təyyarə Sistemi (MİUS) “Qızıl alma”nın Türkiyənin ilk pilotsuz hərbi təyyarəsi olacağını bildirən Selçuk Bayraktar deyib: “2023-cü ildə təyyarəmizin ilk uçuşunu həyata keçirəcəyik. “TEKNOFEST”də nümayiş olunan təyyarə də uçuşa hazırladığımız bu hava vasitələrindən biridir. “TEKNOFEST”dən sonra təyyarəmizin təkmilləşdirilməsi işlərini ciddi bir şəkildə davam etdirəcəyik. Ölkələrimizin, millətimizin tam müstəqil bir şəklə gətirilməsi baxımından bu təyyarələr gələcəyin aviasiya sektoruna möhür vuracaq”.