YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Azərbaycan əleyhinə qara piar kampaniyalarına qoşulanların dövlətimiz adından çıxış etməyə haqları yoxdur

«Azərbaycan əleyhinə qara piar kampaniyalarına qoşulanların dövlətimiz adından çıxış etməyə haqları yoxdur». Bu fikri Milli Məclisin deputatı  Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, bu il mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (NED) təşkilatçılığı ilə “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” adlı tədbirin keçirilməsi ölkəmizə qarşı aparılan çirkin kampaniyanın davamı olacaq. Onun sözlərinə görə, Azərbaycanın hər zaman ABŞ-la tərəfdaşlıqda öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir.

«Belə tədbirlər isə xoşəgələn deyil. Birincisi, Azərbaycanın dünyada artan nüfuzuna zərbə vurmaq, ikincisi, ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-ləri müdafiə etmək. Bu da o QHT-lərdir ki, anti-milli mövqedən çıxış edərək maliyyə dəstəyinin fonunda onların sifarişlərini, tapşırıqlarını yerinə yetirirlər. Ona görə də, növbəti tədbirlərin arxasında da maliyyə vəsaitinin dayandığını düşünürüəm. Özləri də yaxşı bilir ki, bu kimi tədbirlərin keçirilməsi uğursuzluqla nəticələnəcək»- deyə, Ç.Qənizadə qeyd edib.