YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıqda yeni səhifə

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı qarşılıqlı əməkdaşlıq təcrübəsi ilə möhkəmlənən qardaşlıq münasibətləri birləşdirir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır.

İki ölkə liderlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin böyük xidmətləri sayəsində bu gün Azərbaycanla Qazaxıstan arasında münasibətlər çox yüksək səviyyədədir. İkitərəfli münasibətlərin belə yüksək səviyyədə olmasına ən bariz sübut, xalqlarımızın dostluğunun və qardaşlığının təzahürü, o cümlədən, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmləndirilməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin göstəricisi kimi prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsini göstərə bilərik.

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü və imzalanmış sənədlər göstərir ki, iki ölkə arasında əlaqələrin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur.

İkitərəfli görüşlər çərçivəsində səfərin gündəliyinin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışılar aparıldı, bir sıra sənədlər imzalandı. İmzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha geniş hüquqi bazasını yaratmış oldu. Bu sənədlər içərisində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır. Adından da göründüyü kimi, qəbul olunmuş Bəyannaməyə əsasən bu gün artıq Azərbaycanla Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq dövlətlərdir. Təbii ki, qəbul olunmuş Bəyannamə hər iki ölkənin beynəlxalq arenada əməkdaşlığının inkişafı yollarını müəyyən edir, gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayır və çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaratmış olur.

Buna nümunə olaraq iyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünü qeyd edə bilərik. Bu, Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı üçün böyük perspektivlər açan yeni formatıdır.

Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Aparılan danışıqlar, imzalanməş sənədlər ümumilikdə göstərir ki, Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlığında yeni səhifə açılır.

DİGƏR Xəbərlər Arxiv