YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətaidə növbəti səyyar qəbul

Xətai rayonunda yerləşən 56 saylı tam orta məktəbdə səyyar qəbul keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

RİH başçısı Rafiq Quluyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə danışıb.

Xətai rayonunda görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar görüşün iştirakçılarına məlumat verən RİH başçısı sakinləri narahat edən müxtəlif məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.