YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidin doğum günündə xatirəsi anılıb

Lerik rayonunun Orand kəndində Azərbaycan Ordusunun giziri şəhid Mirhüseynov Natiq Balamirzə oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları Orand kəndində şəhidlərin əziz xatirəsinə ucaldılmış bulaq kompleksini ziyarət ediblər.

Qeyd edək ki, şəhid Natiq Mirhüseynov 25 avqust 1997-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub. Vətən müharibəsinin ilk günündən Hadrut, Cəbrayıl və Daşaltı istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Natiq son döyüşlərə kimi vuruşur. Dekabr ayının 25-də növbəni təhvil vermək üçün Cəbrayıldan Daşaltıya gedən zaman yolda minaya düşür və başından ağır zərbə alır, 37 gün komada qalır. 2021-ci il yanvarın 30-da gizir Natiq Mirhüseynov şəhadətə qovuşur.