YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbinin üçüncü günü də maraqlı məqamlarla yadda qalıb

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbinin iştirakçılarının “Ulduz” Şokolad Fabrikinə ekskursiyası təşkil olunub.

Fabrikin gənc mütəxəssislərinin müşayiəti ilə keçirilən ekskursiyada istehsal prosesi ilə tanışlıq olub. Məlumat verilib ki, "Ulduz" Şokolad Fabriki nəinki Azərbaycanda, bütün Qafqazda ən böyük və ən çox istehsal gücünə sahib olan şokolad fabriklərindən biridir. "Ulduz" Şokolad Fabriki yerli bazarla yanaşı, Orta Asiya, Rusiya, Gürcüstan, Ərəb ölkələri kimi xarici bazarlarda da qənnadı bazarı üzrə böyük nüfuz qazanıb. Ekskursiya zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb, xatirə hədiyyələri təqdim olunub.

Sonra Yay Məktəbinin iştirakçıları üçün təlim keçirilib. LEAD Education Təhsil Mərkəzinin icraçı direktoru, Bakı Dövlət Universitetinin müəllimi, gənc təlimçi Eltac Cəbiyev "Praktiki bədən dili" mövzusunda təlim keçib, gənclərin suallarını cavablandırıb.

Günün sonunda gənclərin asudə vaxtının səmərəli təşkili üçün kubik-rubik üzrə təlimçi, "Yetenek SİZSİNİZ Türkiyə" yarışmasının finalçısı, "Central Asia's Got Talent" yarışmasının finalçısı Həzrət Məmmədrzayevin xüsusi şou-təqdimatı olub.