Xəbərlər
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 31 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı missiyasında 94 hərbi qulluqçu, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit iştirak edir.