YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” tanımadıqlarını bəyan ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayaraq mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”ni tanımadıqlarını bildiriblər.

Bəyanatda həmsədr dövlətlərin, eləcə də hər hansı digər ölkənin Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığı qeyd olunur.

Həmsədrlər bəyanatda bildirirlər: “Müvafiq olaraq, biz bu “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edən nəticələr kimi tanımırıq və qeyd edirik ki, bu, Dağlıq Qarabağın yekun statusu və ya münaqişənin uzunmüddətli və sülh yolu ilə həlli üçün aparılan danışıqların gedişi üzərində qabaqcadan heç bir şəkildə hökm verə bilməz”.

Bəyanatda, həmçinin Fransa Prezidenti Fransua Ollandın regiona səfərindən bəhs edilir, prezidentlər səviyyəsində dialoqun intensivləşdirilməsi üçün bu ilin sonunadək növbəti görüşün keçirilməsinin vacibliyi qeyd edilir.

 

DİGƏR Xəbərlər Arxiv