YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Biləsuvarda Vətənimizin müdafiəsi uğrunda öz canından keçən Birinci Qarabağ müharibəsi şəhidi Sultanov Nemət Mirişıq oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiya fəalları rayonun Dəvrişli kəndində şəhidin ailəsinə baş çəkərək onların qayğı və problemləri ilə maraqlanıblar. Söhbət zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Kamil Qurbanlı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının düşmənin tapdağından azad edilməsi nəticəsində həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını bildirib. Azərbaycanın yenilməz, mübariz xalq olduğu bir daha öz təsdiqini tapdı. Şəhidlərimizin ruhu bu gün şaddır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız zirvədə dalğalanır.

Şəhidin anası Məhbubə Mahmudova və qardaşı Mirşaiq Sultanov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Nemət Sultanov 1973-cü il avqustun 23-də Biləsuvar rayonunun Dəvrişli kəndində anadan olub. Vətən qəhrəmanı 1992-ci il avqust 16-da Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Ölümündən sonra şəhidin adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə verilib.