YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər xalqın nümayəndələri kimi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri            

Bu gün respublikamızda bütün sahələrdə olduğu kimi idman sahəsi də sürətli inkişaf dövrünü yaşamaqdadır. Qazanılan nailiyyətlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli maraqlara əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir.

İdmanda böyük nəticələr güclü hazırlıq tələb edir və hazırlıq prosesi fasiləsiz olmalıdır. Ən əsası, yüksək hazırlıq keçmək üçün əlverişli, müasir tələblərə cavab verən infrastuktur yaradılmalıdır. Dövlətimiz hər zaman idmançılarımızın sosial şəraitinin yaxşılaşmasını diqqət mərkəzində saxlayır. Xeyli sayda idman komplekslərinin, meydançaların, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması dövlətimiz üçün hər zaman prioritet məsələlərdəndir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə verilib. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur.

Bu gün Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərində respublikamızın malik olduğu potensial imkanları yüksək səviyyədə nümayiş etdirir. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Həmçinin dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir.

Prezident İlham Əliyevin bütün beynəlxalq yarışlardan sonra idmançılarla görüşməsi idman sahəsinə göstərilən qayğının bariz nümunəsidir. Dövlət başçısı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə qeyd etdiyi kimi  idmançılarımız 99 medal qazanaraq bir daha ölkəmizin gücünü göstərdilər. Artıq idmançılarımız müzəffər xalqın nümayəndələri kimi beynəlxalq yarışlara çıxırlar. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər biz azərbaycanlılar düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq. Şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğala son qoydu. İdmançılarımızın dünyanın müxtəlif ölkələrində dalğalandırdıqları Azərbaycan bayrağı bu gün Qarabağın, Şuşanın səmasında dalğalanır.