YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada ağsaqqallar və ziyalılar ilə görüş keçirilib

Ağstafa rayonunun Səməd Vurğun adına mədəniyyət və istirahət parkında rayon ağsaqqalları və ziyalıları ilə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, RİH-in məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir ölkəmizdə ağsaqqallar daim yüksək hörmət və nüfuz sahibi olublar, bu gün də hər bir yeniyetmə və gəncin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasında onların müstəsna xidmətlərinə, müdrik tövsiyələrinə istinad edilir.

Görüşdə Ağstafa rayonunda abadlıq-quruculuq, sosial-iqtisadi, ictimai, mədəni və digər sahələrdə icra olunan layihələr müzakirə olunub, ağsaqqalların tövsiyələri dinlənilib və əlavə fikirləri öyrənilib.

Rayon ağsaqqalları şanlı Qələbəmizdən sonra Azərbaycanın özünün mühüm inkişaf dövrünə qədəm qoymasına, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, əmin-amanlığa, günbəgün artan iqtisadi gücümüz sayəsində işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələrin reallaşdırılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv