YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əsgərinə güvənirik!

Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən “Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Ağstafa rayonunda keçirilib.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, Ağstafa RİH yanında İctimai Şuranın üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər, gecə-gündüz Vətənimizin keşiyində şərəflə duran müzəffər Ordumuzun mərd əsgərləri ilə fəxr etdiklərini bildiriblər.

Daha sonra iştirakçılar hərbi qulluqçularımıza məktublar yazaraq ürək sözlərini ifadə edib, daim Azərbaycan əsgərinin yanında olduqlarını və onlara güvəndiklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv