YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məğlub ölkənin daha bir fiaskosu

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib.

Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov avqustun 19-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd etdiyini bildirib. 

Bu fakt Azərbaycanın haqlı və ədalətli mövqeyinin hüquq müstəvisində təsdiqlənməsi, eyni zamanda, ölkəmizin siyasi-diplomatik üstünlüyünün daha da güclənməsidir. Əlbəttə, bundan əvvəl də ermənilərin belə iddialarının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanıb.

Bir sözlə, Ermənistan  hərbi-siyasi müstəvidə olduğu kimi hüquq platformasında da fiaskoya məhkumdur.