Xəbərlər
Prezident İlham Əliyev Nəsimi Ağayevin Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Nəsimi Məhəmmədəli oğlu Ağayevin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Nəsimi Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.