YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir hədəfə vurmalıyıq!

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü

Heç bir sərhəd tanımayan, hədd-hüduda sığmayan erməni vəhşilikləri yenə öz sözünü deməkdədir. Bu dəfə Laçın meşələrini yandırmağa başlayıblar.

Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Həmin ermənilərə Azərbaycan ərazilərindən çıxmaları üçün avqustun 25-ə qədər vaxt verildi. Halbuki, onlar avqust ayının 5-ə qədər çıxıb getməli idilər. Azərbaycan Prezidenti İlham Əliyev humanistlik nümayiş etdirərək onlara əlavə vaxt tanıdı. Amma bu humanist münasibətin qarşılığı meşə və evlərə od vurmalarıdır. Yandırdıqları evləri başlarına dəysin. Cenevrə konversiyalarının qaydalarına zidd olaraq işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşdırılan Suriya və Livan ermənləri üçün salınmış həmin daxmalarda, zatən azərbaycanlılar yaşayan deyildi. Ancaq planetimizin “ağciyər”ləri olan meşələri yandırmağı necə başa düşmək olar? Bir ağac əkməmisiniz, yaşıllıq salmamısınız, bəs, olanları nə üçün yandırmalısınız? Anlamırsınız ki, məhv etdiyiniz bir ağacın yerinə yenisini böyüdüb indiki halına gətirib çatdırmağa illər lazım olacaq.

Erməni xisləti, erməni vandalizminin mahiyyəti, bax, budur. 30 ilə yaxın müddət ərzində işğal altında saxladığınız torpaqlara sahiblənə bilməməyinizin acığını bu çirkin vasitələrə əl atmaqla çıxırsınız. Bəli, özünüzün də etiraf etdiyi kimi Qarabağı dağıtdınız, altını üstünə çevirdiniz, amma o torpağın əsl sahibləri 20 ay içində bu xarabalıqlar üzərində xarüqələr yaradır - şəhərlər, kommunikasiya, yüksək səviyyəli yollar, körpülər salırlar. Bu gözəllikləri görüb o torpaqlardan, yurd-yuvalarından didərgin etdiyiniz insanlardan, eləcə də oyuna gətirdiyiniz günahsız Qarabağ ermənilərindən milyon dəfə üzr istəməli idiniz. Amma bunu sizlərdən gözləməyimiz sadəlövhlük olar. Etdiyiniz bu hərəkətlər nə birinci, nə də axırıncıdır. Bu anormal hərəkətləri Kəlbəcəri boşaldan zaman da etdiniz. Yeri gəlmişkən, 2020-ci il noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən, ermənilər 15 noyabra qədər Kəlcəbəri tərk etməli idilər. Düşmən 2 gün sonra tam boşaltmalı olduğu Kəlbəcər şəhərində ekoloji terror törətdi. Bu vəhşi və yaramaz qövm torpaqlarımızı, yurd-yuvamızı işğal edəndə də yandırdı, “Dəmir yumruq” başlarına dəyəndən sonra, indi də rədd olub gedərkən də yandırırlar.

Bu arada törətdikləri yanğınları qəhrəmanlıq hesab edən İrəvan və bu qondarma respublikanın digər şəhər və kəndlərində faşist xislətli ermənilərin hədsiz sevinc hislərini müşahidə edirik. Həyasızlıqları sərhəd tanımayan bu bədnam, bədbəxt qonşular barbarlıq, vandalizm görüntülərini videolentə alaraq çəkinmədən sosial şəbəkələrdə paylaşırlar. Hətta onlar ölkəmizin digər regionlarında və qardaş Türkiyədə baş verən yanğınları da sevinclə qarşılamaqla Vətən müharibəmizdə türklərin bizə dəstək verməsini əsas gətirərək bu yanğınların 44 gün davam etməsini arzulayırlar. Nə deyəsən, “Allah şəfa versin” arzusunu dilə gətirsək, faydası yoxdur. Anadangəlmə ağlı olmayan, digər canlılar kimi instinktiv davranan və bundan sonra da ağıllanması mümkün olmayan və ölüm ayağında olan bir saxta millətin şəfa tapması üçün həkimə yox, mollaya ehtiyacı olduğunu unutmamalıyıq. O qədər nanəcib, nankor, naxələf, ibnə millət olasan ki, törətdiyin fəlakətlərdən - yaranacaq ekoloji problemlərin ən başlıcası olan qlobal istiləşmədən sən də zərər görəcəksən, ona, dolayısı ilə özünə bəd dualar edəsən.

Bizim isə toplum olaraq illərlə davam edən belə erməni vəhşiliklərindən çıxardığımız dərslər olmalıdır. Mənə görə, ilk növbədə unutmamaq hisləri düşüncələrimizlə hərəkətlərimiz arasında körpü olmalıdır. İmkan düşən kimi özünü qaniçən, zalım, başkəsən, məğlub olanda dünyanın ən zavallı, məzlum toplumu kimi aparan bir qonşunun bizim ölkənin taleyinə yazılmış uğursuzluq, şanssızlıq olduğunu heç zaman unutmamalı, revanş hissi ilə yaşayan erməni qüvvələrinə qarşı həmişə ayıq-sayıq olmalıyıq. Bu baxımdan yaradılan zəfər muzeyləri, Hərbi Qənimət Parkı biz və bizdən sonra gələn nəsillər üçün tarixdə yaşadıqlarımızı yaddan çıxarmamaqdan ötrü gözəl vasitədir.

Vətən müharibəsi bir daha göstərdi ki, bundan sonra da daim bir yumruq olmalıyıq. Ümummilli məsələ olan vətən mövzusunda eyni düşünüb, eyni hərəkət etməliyik, Ali Baş Komandanın “dəmir yumruğu” kimi bir hədəfə vurmalıyıq ki, yenə qazancımız olsun. Daha bizim itirən vaxtımız deyil.