YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidlərimiz yad edilib

Ağstafada Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramı münasibətilə Vətən müharibəsində şəhid olan sərhədçi hərbçilər Yusifli Azər Nazim oğlunun və Ələkbərov Məhəmmədəli Bayram oğlunun əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları şəhidlərimizin məzarlarını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıq salnamələri yazdıqları barədə danışıb, onların fədakarlığının yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin baş giziri Azər Yusifli və Sərhəd Qoşunlarının giziri Məhəmmədəli Ələkbərov 2020-ci il oktyabr ayının 21-də şəhidlik zirvəsinə yüksəliblər. 27 ildən sonra Zəngilan şəhərinə Azərbaycan bayrağını sancan Azər Yusifli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına, Məhəmmədəli Ələkbərov isə “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Zəngilanın azad olunmasına görə” medallarına layiq görülüb.