YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

CAR Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır

Cənubi Afrika Respublikası (CAR) Azərbaycanla əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır.

Bunu avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Duba söyləyib.

Dipuo Berta Letsatsi-Duba qeyd edib ki, ölkəsi Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərir.

Diplomat, həmçinin Cənubi Afrika Respublikası-Azərbaycan münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.