YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentindən konkret və ciddi mesajlar

Nərgiz Babayeva

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru

Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həm beynəlxalq aktorlara, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinə ciddi mesajlar ünvanlayıb. Ölkə rəhbəri bildirib ki, “Qisas” əməliyyatı qısamüddətli, amma çox təsirli cəza tədbiri idi. Dövlət başçısı diqqətə çatıdırıb ki, Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparmasına kimsə mane ola bilməz.

Prezidentin Qarabağdakı ermənilər haqqında söylədikləri də ciddi mesajdır. Onlar ölkəmizdə digər vətəndaşlar kimi yaşayacaqlar, ermənilərə heç bir əlavə imtiyaz, hüquq verilməyəcək. Son vaxtlar bəzi dövlətlər ermənilərə hansısa statusun verilməsi məsələsini gündəmə gətirirlər. Onlar başa düşməlidirlər ki, bunlar sadəcə xülyadır.

Bəzi xarici media orqanları onların doğma yurdlarını tərk edəcəklərini yazırlar. Bu, tamamilə absurddur. Ermənilər Laçına 1994-cü ildən sonra gəliblər. Onların əksər hissəsi Livan və Suriyadan köçürülüblər. Digər ərazilərdə, o cümlədən Xankəndi və Ağdərədə yaşayan ermənilər başa düşməlidirlər ki, düzgün yolu seçməsələr, onları da eyni tale gözləyir. Prezident çox konkret formada bizi kimsənin dayandıra bilməyəcəyini söylədi. Bu, ciddi ismarıcdır. Ermənilər də daha kimsəyə ümid etməməlidirlər. Azərbaycan öz torpaqlarında istənilən addımı ata bilər. Beynəlxalq güclər isə maraqlarının təmsil olunmalarını istəyirsə, Bakının yanında olmalıdırlar.

Qarabağ ətrafında baş verən son hadisələr və onun nəticələri bir daha göstərdi ki, Azərbaycanın iradəsinə qarşı durmaq çox baha başa gəlir. Azərbaycanda yaşayan, ya da yaşamaq istəyən hər kəs Azərbaycan qanunlarına qeyd-şərtsiz əməl etməlidir. Qarabağda yaşayan ermənilərin davranışları və onların gələcək mümkün perspektivlərinə toxunan Prezident İlham Əiyev ilk dəfə idi ki, bəzi məsələləri açıq şəkildə ictimailəşdirdi. Bəlli oldu ki, ermənilər müxtəlif vasitələrlə Azərbaycandan müxtəlif tipli xahişlər edirlər. Dövlət başçısı bir daha çox konkret şəkildə Azərbaycanın mövqeyini bəyan edərək bir sıra ünvanlara olduqca ciddi məsajlar verdi. Prezident İlham Əliyev bildirdi ki, “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Bu fikirdən belə aydın olur ki, ermənilərin törətdikləri avqust təxribatlarından sonra Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi “Qisas” əməliyyatı onlara çox baha başa gəlib və Azərbaycanı durdurmaq üçün çoxsaylı ünvanlara çoxsaylı yalvarışlar ediblər. Ancaq bunun heç bir xeyri olmayıb. Bu hadisədən ermənilər yaxşı və düzgün dərs çıxarmağı bacarmalıdırlar. Ona görə də hazırkı vəziyyəti təsvir edərkən Prezident bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır.

DİGƏR Xəbərlər Arxiv