YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nail olacaq

Malik Mirzəyev

YAP Lerik Rayon Təşkilatının sədri

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağsu və İsmayıllı rayonlarında səfərdə olub. Səfər zamanı ölkə başçısı Ağsu və İsmayıllı rayonlarında bir sıra mühüm infrastruktur layihələrin açılışlarında iştirak edib. Bildiyimiz kimi, respublikanın bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsi olaraq mühüm işlər görülür, böyük infrastruktur layihələri icra edilir, əhalinin rifah vəziyyəti yaxşılaşdırılır. Rayonlarda əhalinin elektrik enerjisi ilə təmin olunması, yol infrastrukturunun yenidən qurulması, içməli su layihələri həyata keçirilir və müasir xəstəxanalar, tibb ocaqları, məktəblər tikilib əhalinin istifadəsinə verilir. İsmayıllı rayonunda da qazlaşdırma 80 faizdən yuxarı təmin olunub, Ağsu rayonunda isə bu göstərici 100 faizə yaxındır. Hər iki rayonun elektrik enerjisi ilə təchizatı tam təmin edilib. Ağsu və İsmayıllı şəhərlərində 160 çarpayılıq xəstəxana tikilərək sakinlərin istifadəsinə verilib, 100-ə yaxın yeni məktəb binası inşa edilib və ya əsaslı şəkildə təmir olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Prezident İlham Əliyev müsahibədə bir çox məsələlərə toxunub.

Yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılır, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir, orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır, özəl sektor üçün yaradılan şərait yeni iş yerlərinin açılmasına kömək edir, kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilən qərarlar öz bəhrəsini verir - deyən Prezident İlham Əliyev dünya iqtisadiyyatına inteqrasiyanın uğurla davam etdiyini, ümumi daxili məhsulumuzun əksər hissəsinin özəl sektor hesabına formalaşdığını, həm yerli şirkətlərin, həm xarici investorların, xarici şirkətlər olduğunu, belə olan halda dünyada gedən istənilən iqtisadi prosesin bizə də təsirsiz ötüşmədiyini söylədi.

Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlərdən digəri də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı idi. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə Cənubi Qafqazda yeni uğurlar əldə edib. Bu gün Azərbaycan regionda sülh istəyir. Ermənistan istəsə də, istəməsə də Azərbaycanın uğurlarını qəbul etməlidir. İlk növbədə erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir və Ermənistan hökuməti bunu təmin etməlidir.

Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaq və Zəngəzur dəhlizi, Ermənistan istəsə də, istəməsə də, açılacaqdır. Azərbaycan buna nail olacaq.

Prezident İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu, Azərbaycan şəhidinin qanının düşmənlərə baha başa gəldiyini, əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını söylədi.

DİGƏR Xəbərlər Arxiv