YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndi vaxtıdır

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan dövləti tarixi ədaləti bərqərar etmək üçün bütün mümkün variantlardan istifadə etsə də Ermənistan sülh yolu ilə işğal altında olan torpaqlarımızı boşaltmaq istəmədi. 44 günlük Vətən müharibəsində qazanılan  Zəfər ilə 30 il ata-baba yurdundan köçkün düşən soydaşlarımızın həsrətinə son qoyuldu.

Nəhayət tarixi ədalət bərqərar oldu. 30 il kağız üzərində qalan qətnamələri, Azərbaycan Dövləti reallaşdırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibədə möhtəşəm qələbəyə imza atdı. Azərbaycan dövləti yenə də sülhsevər missiyasına sadiq qalaraq, ərazilərin boşaldılması və ermənilərin vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə ərazilərində Azərbaycan vətəndaşına verilən hüquqlarla yaşamaq imkanı verdi.

Gərək Ermənistan dövləti bu imkandan yetərincə nəticə çıxarıb, Azərbaycan dövlətinə və dövlət başçısına minnətdar olaydı. Ancaq qarşılığında biz yenə də erməni riyakarlığı, məkri görürük. Ermənistan dövləti sanki vaxt qazanmaqla nəyisə dəyişmək, nəyəsə nail olmaq istəyir. Erməni tərəfin bu cür manipulyasiyasına tutarlı cavab verən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın götürdüyü öhtəliklərə əməl etmələrinin vacibliyini bildirib.

Prezident İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu məsələyə toxunaraq bir daha Ermənistana və onların havadarlarına kəskin mesaj verdi. Azərbaycan Prezidenti bildirdi: “Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil”.

Prezident Azərbaycan daxilində heç kəsin müstəsna hüquq tələb etmək hüququnda olmadığını da vurğuladı: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.

Tarixdən dərs çıxarmağın indi əsl vaxtıdır. Unutmasınlar kki, “Dəmir yumruq” yerindədir.

DİGƏR Xəbərlər Arxiv