YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin xatirəsinə həsr olunan bilik yarışması keçirilib

Şəhid Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı zabiti, baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli şəhid Əliqismət Mükafat oğlu Yaqublunun əziz xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?”  bilik yarışması keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hüseyn Hüseynov, Şəhid Ailələri və Qarabağ Əlilləri Cəmiyyətinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Murad İskəndərov, şəhidin atası, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid Əliqismət Yaqublunun əziz xatirəsinə həsr olunan videoçarx təqdim olunub.

Tədbirdə çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Sonra 11 komandanın iştirakı ilə şəhid Əliqismət Yaqublunun xatirəsinə həsr olunmuş yarışa start verilib. Qalib komandalar fəxri fərman və diplomlarla təltif olunublar.